XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 13:17

Fuad Qəhrəmanlı ilə Taleh Bağırovun şikayəti təmin olunmadı –Məhkəmə prosesi

2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı və təşkilatın digər üzvlərinin kasasiya şikayətinə baxılıb.

Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, kasasiya şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmü çxıarılmasını istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Taleh Bağırov, Fuad Qəhrəmanlı və onlarla birlikdə ittiham olunan digər şəxslərin apelyasiya şikayətləri təmin edilməyib/Teleqraf.com.