XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 16:49

Azərbaycanda yeni qurum yaradıldı,Samir Eyyubov sədr seçildi

Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb.

Strateq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək:

"Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun İdarə Heyətinin sədri seçilib".

Məlumatda o da qeyd olunub ki, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən hər bir hüquqi və ya fiziki şəxs müvafiq sənədləri təqdim etməklə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü ola bilər.