XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 19:35

Gürcüstanın baş naziri Ermənistana gedir –Kvirikaşvili qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcək?

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 2-də Ermənistana səfər edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun səfər çərçivəsində Ermənistan prezidenti və baş naziri ilə təkbətək və geniş tərkibli görüşləri nəzərdə tutulub.

G.Kvirikaşvilinin Yerevanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi də bildirilir.

Qeyd edək ki, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da Marneulidə azərbaycanlı gənclərlə görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad olunması təklifini qəbul etməmişdi.