XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 14:20

Putin Azərbaycan prezidentinə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığı məktubunun mətni Kremlin saytında yerləşdirilib. “Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.

Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.