XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 19:47

Türkiyənin baş naziri prezident İlham Əliyevə başsağlığı verdi:“Bu xəbəri  böyük kədərlə qarşıladım”

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Narkoloji Mərkəzdə baş vermiş yanğınla bağlı prezident İlham Əliyevə başsağlığı verib.

“Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm" -deyə başsağlığında bildirilir..