XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2018 - 17:55

“Kəpəz” Yunis Hüseynovun rəhbərliyi altında ilk qələbəsini qazandı- 2:1

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Kəpəz" debütant "Səbail"i qəbul edib. Gəncə şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 23-cü dəqiqədə penalti zərbəsi ilə Dario Frederiko açıb. Bu, braziliyalı hücumçunun "Kəpəz"ə qayıdışından sonra ilk qolu olub. 30-cu dəqiqədə "Səbail"in yeni transferi Yevgeni Koçuk bərabərlik qolunu vurub. Lakin 49-cu dəqiqədə Tərzin Cahangirov qələbə topuna imza atıb.

Beləliklə, "Kəpəz" Yunis Hüseynovun baş məşqçi olduğu dövrdə ilk qələbəsini qazanıb. Gəncə komandası sonuncu dəfə X turda Şahin Diniyevin rəhbərliyi altında çıxış etdiyi vaxt Bakıda "Keşlə"ni yenmişdi – 2:0. Sonrakı 8 qarşılaşmanın hamısında uduzan "sarı-göylər" həm də cari mövsümdə doğma azarkeşlər önündə birinci dəfə qalib gəlib.

Lakin bu qələbə "Kəpəz"i sonuncu pillədən xilas etməyib. Xallarını 10-a çatdıran Gəncə təmsilçisi yenə 8-ci pillədədir və 7-ci mövqedəki "Keşlə"dən 2 xal geri qalır. "Səbail" isə 17 xalla 6-cı pillədədir.

Qeyd edək ki, bu gün saat 18:30-da "Sumqayıt"la lider "Qarabağ" üz-üzə gələcək. Tura martın 4-də keçiriləcək "Qəbələ" – "Neftçi" və "Zirə" – "Keşlə" matçları ilə yekun vurulacaq.