XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2018 - 20:17

Abşeronda su borusu partlayıb- Küçələri su basıb (VİDEO)

Abşeronda su borusu partlayıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq massivi, X.Rza küçəsində baş verib.

Xırdalan şəhər sakini, 69 yaşlı Nüşabə Abdullayeva yaşadığı Quşçuluq massivi, ev 64-də su borusunun partlaması səbəbindən artıq bir həftədir, küçələrin, hətta evlərin zirzəmilərinin su ilə dolduğunu deyib: "Su idarəsi ilə də əlaqə saxlamışıq. Düzəldərik deyərək, sadəcə yola verirlər".

Qeyd edək ki, suyun küçələrə axması nəticəsində yolda sakinlərin və nəqliyyatın hərəkəti çətinləşib. Zirzəmilərə suyun dolması səbəbindən mənzilərdə rütubət yaranıb.

Məsələ ilə bağlı Abşeron Su kanal İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.