XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 10:45

İtaliya çempionatı:"Napoli" məğlub olub, "Yuventus" qələbə qazanıb

Futbol üzrə İtaliya çempionatında 27-ci turun ilk oyunları keçirilib.

“Report” xəbər verir ki, lider "Napoli" "San-Paolo" stadionunda "Roma"nı qəbul edib və görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Canavarlar" bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıraraq 3-cü pilləyə yüksəlib, "Napoli" isə 69 xalla birinci pillədə qalıb.

Paralel keçən qarşılaşmada "Yuventus" "Latsio"nun qonağı olub və Turin komandası Paulo Dibalanın 90+3-cü dəqiqədə vurduğu qolla qələbəni bayram edib. "Yuve" (68 xal) bu qələbə sayəsində ehtiyatda bir oyunu olmaqla lider "Napoli" ilə arasındakı xal fərqini birə endirib, "Latsio" isə (52 xal) 4-cü pilləyə düşüb.

İtaliya A Seriyası. 27-ci tur

"Napoli" – "Roma" – 2:4

Qollar: 1:0 – İnsinye – 6, 1:1 – Under – 7, 1:2 – Ceko – 26, 1:3 – Ceko – 73, 1:4 – Perotti – 79, 2:4 – Mertens – 90+2

"Latsio" – "Yuventus" – 0:1

Qol: 0:1 – Dibala – 90+3