XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 12:54

Moskvaya yağan güclü qar Azərbaycana gələn təyyarələrin uçuş cədvəlinə təsir göstərib?- Açıqlama

Moskvaya yağan güclü qar Rusiya paytaxtının hava limanlarında 50-dən çox reysin təxirə salınmasına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Moskva hava məkanının aviadispetçer xidmətləri məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, bu gün səhər saatlarından Moskva aeroportlarından Bakı, Lənkəran və Gəncə istiqamətində uçan təyyarə reyslərinin cədvəlində hələ ki, heç bir problem yaşanmayıb.

Rusiya paytaxtının aerodrom xidmətləri yüksək hazırlıq rejiminə keçiblər. Gecə ərzində hava limanlarında uçuş-eniş zolaqları, perronlar və yönəldici yolların qardan təmizlənməsi işləri davam etdirilib.

Bütün təyyarələrin şassiləri yola düşməzdən əvvəl buzbağlamaq əleyhinə maye ilə sürtülür. Bu prosedur 30 dəqiqə əlavə vaxt apardığından, relslərdə qısamüddətli gecikmələr yaradır.