XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2018 - 17:05

İtaliya çempionatının bütün oyunları təxirə salınıb- Astorinin ölümünə görə

İtaliya A Seriyasının 27-ci turunun bu gün keçirilməli olan 7 matçının hamısı "Fiorentina"nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə "Football Italia" nəşr məlumat yayıb.

Otuz bir yaşlı futbolçunun meyiti bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında aşkar edilib. O, yuxudan ayılmayıb. Oyunçunun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.

Bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi ilə yanaşı "Cenoa" — "Kalyari", "Udineze" — "Fiorentina", "Torino" — "Krotone", "Benevento" — "Verona", "Atalanta" — "Sampdoriya" və "Kyevo" — "Sassuolo" matçlarının keçirilməsi planlaşdırılırdı.