XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 17:35

Sneyder Niderland yığmasındakaryerasını başa vurub

"İnter" və "Real"ın sabiq yarımmüdafiəçisi Uesli Sneyder futbol üzrə Niderland millisində karyerasını başa vurub.

“Report” xəbər verir ki, bu barədə yığma komandanın saytı məlumat yayıb.

Otuz üç yaşlı futbolçu bu barədə komandanın yeni baş məşqçisi Ronald Kuman ilə danışdıqdan sonra qərar qəbul edib.

Hazırda Qətərin "Əl-Qarafu" komandasında çıxış edən Sneyder Hollandiya millisində 2003-cü ildə debüt edib. Xavbek komandanın heyətində 133 matç keçirib və 31 qol vurub. O, Niderland yığması ilə Dünya çempionatı-2010-nun gümüş, Avro-2004 və DÇ-2014-ün isə bürünc medallarını qazanıb.