XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2018 - 21:15

Lionel Messi karyerasında600-cü qolunu vurub

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib.

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci  oyununa çıxan Messi 539 dəfə “Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib.