XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2018 - 15:01

Poroşenko prezident İlham Əliyevə başsağlığı verib

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib.

 Poroşenkonun məktubunda deyilir:

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanıb. Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm”.