XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2018 - 10:58

“ASAN xidmət” mərkəzində yeni xidmət –Vergi  hesabatları ilə bağlı 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.

Qurumdan Trend-ə verilən məlumata görə, vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblükhesabatının verilməsi,Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.