XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

06 Mart 2018 - 16:25

Prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq –MSK

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.

Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış çap edilməlidir.

İclasda həmçinin Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçkilərdə məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib/Trend.