XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 17:59

Bu nazirlik və dövlət müəssisələrində vakant vəzifələr var –DİM siyahını açıqladı

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibələr elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a bildirilib ki, 5 dövlət orqanı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (130 vakant vəzifə), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (12 vakant vəzifə), Kənd Təsərrüfatı Nazirliyi (2 vakant vəzifə), Müəllif Hüquqları Agentliyi (10 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyində (1 vakant vəzifə) ümumilikdə 155 vakant vəzifə üzrə daxili müsahibə elanları verilib.

Vakant vəzifələr üzrə sənəd qəbulu martın 19-dək davam edəcək.

Qeyd edək ki, Maliyyə Nazirliyi (10 vakant vəzifə) və Tarif Şurasının Katibliyində (1 vakant vəzifə) olan vakant vəzifələr üzrə elan edilən daxili müsahibələrə sənəd qəbulu yekunlaşıb və müraciət edən dövlət qulluqçuları ilə müsahibələr yaxın günlərdə keçiriləcək.