XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 20:12

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana nümayəndə göndərir –Seçkini izləmək üçün + FOTO

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbərinin adı açıqlanıb. 

Qurumdan "Report"a verilən məlumata görə, missiyaya xanım Koriyen Conker (Corien Jonker, Hollandiya) başçılıq edəcək. 

Məlumatda qeyd olunub ki, ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının başlanılması ilə bağlı martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.