XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

06 Mart 2018 - 22:58

“Azərbaycan dilinin qrammatikası yenidən yaradılır” –AMEA-nın vitse-prezidenti 

"Müasir Azərbaycan dilinin qrammatikasının yenidən yaradılması üzərində işlər aparılır".

Bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Milli Terminoloji veb-portalının təqdimat mərasimində deyib.

O bildirib ki, Dilçilik İnstitutunda bir neçə lüğətin hazırlanması üzərində iş gedir: "Orfoqrafiya lüğətinin layihəsinin hazırlanması üzərində üç aydır iş gedir. Artıq işçi qrupu layihə üzərində son tamamlama işlərini görür".

İ.Həbibbəyli qeyd edib ki, Dilçilik İnstitutu həmçinin Orfoepiya və İzahlı lüğətlərin üzərində də işlər aparır/Report.