XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 12:49

KİV:"Türkiyə-Rusiya-İran sammiti aprelin 4-də keçiriləcək"

Türkiyə-Rusiya-İran üçtərəfli sammiti aprelin 4-də İstanbulda keçiriləcək.

Bu barədə "Report" "Milliyet" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, aprelin 3-də yüksək səviyyədə Əməkdaşlıq Şurasının iclası baş tutacaq, bundan sonra isə aprelin 4-də Suriya üzrə Türkiyə-Rusiya-İran sammiti keçiriləcək.

Qeyd edək ki, dünən Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Ankarada təşkil edilən mətbuat konfransında sammitin aprelin əvvəlində keçiriləcəyini bildirib, ancaq dəqiq tarix söyləməyib.