XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

07 Mart 2018 - 20:14

Günəş batareyalı bel çantası hazırlandı- Azərbaycanda

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıb.

Bunu Trend-ə layihənin rəhbəri Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, çantanın əlavə akkumulyatorları var ki, onlar çanta günəşdə olarkən enerji yığacaq: “Çanta hərbi qurumlar tərəfindən, eləcə də uzun səhayətlər zamanı, mobil telefonların enerji yığması üçün istifadə oluna bilər. Hazırda biz ukraynalı tərəfdaşlarımızla birgə çantanın funksionallığını artıracaq layihə üzərində işləyirik”.

Qeyd olunur ki, söhbət bel çantası ilə Kiyev Politexnik İnstitutunun ekotexnologiya laboratoriyası tərəfindən yaradılmış səyyar sutəmizləyici qurğunun funksionallığının uyğunlaşdırılmasından gedir. Bu qurğu bir saat ərzində 30 litr çirkli suyu təmizləmək gücündədir.