XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2018 - 12:17

Türkiyə müdafiə nazirinin müavini Azərbaycana üçgünlük səfər edəcək –Məqsəd

Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycana üçgünlük səfər edəcək.

Report xəbər verir ki, səfərdə məqsəd Bakıda 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turnirində iştirak etməkdir.

Şuay Alpay Türkiyəni təmsil edəcək komandanın heyətində yarışacaq.

Qeyd edək ki, Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-də baş tutacaq futbol yarışı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyinə həsr olunub. Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və ölkə parlamentinin dəstəyi ilə həyata keçiriləcək.

Yarışda Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər siyasəti, idman və turizm komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki mədəniyyət, idman və turizm komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin parlament komandaları iştirak edəcəklər.