XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

08 Mart 2018 - 18:40

Almaniyanın yeni xarici işlər naziri bəlli oldu –Martın 9-da vəzifəsi rəsmən elan ediləcək

Almaniyanın yeni xarici işlər naziri hazırkı ədliyyə naziri Xayko Maas olacaq.

TASS xəbər verir ki, o, Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) üzvüdür.

Bildirilib ki, ASDP bunu martın 9-da rəsmi olaraq açıqlayacaq.

Hazırkı xarici işlər naziri Ziqmar Qabrielin yaxın zamanda səlahiyyət müddəti başa çatacaq. Xayko Maas 2013-cü ildən ədliyyə naziridir/Report.