Papua Yeni-Qvineyada sahillərində 7 bal gücündə zəlzələ baş verib.
ABŞ Seysmoloji Xidmətinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Taron şəhərindən 43 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib/Trend.