XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

09 Mart 2018 - 00:32

“Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub” –BMT rəsmisi

Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərində son iki gündə 100-dən çox insan həlak olub.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb.

"Şərqi Qutada toqquşmalar davam edir. Hansı ki, son 2 gündə 100-dən çox insanın həlak olduğu bildirilir. BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi, atəşkəs rejiminin tətbiq edilməsini tələb edən 2401 saylı qətnaməsinin qəbulundan sonra quru döyüşləri və hava zərbələri zamanı yüzlərlə insanın həlak olması, minlərlə yaralının olması barədə məlumatlar daxil olur" -, deyə o, bildirib.

O həmçinin bildirib ki, BMT-nin humanitar agentlikləri ərazidə təhlükəli vəziyyətə görə Şərqi Qutada Duma yaşayış məntəqəsinə humanitar yüklərlə dolu avtomobilləri göndərə bilməyiblər/Report.