XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

09 Mart 2018 - 11:21

Baş prokuror Ağcabədidə vətəndaşları qəbul edəcək –Qrafik

Baş prokuror Zakir Qaralov martın 16-da saat 10:00-da Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd  rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcabədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.