XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

10 Mart 2018 - 15:30

Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirir- FOTO

Bu gün Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirir.

Azadlıq radiosunun məlumatına görə, mitinqçilərin əlində  “Millət dərddə, hökumət kefdədir”, “Səhiyyə can üstədir,  “Təhsilimiz xəstədi” kimi şüarlar var.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb.

Mitinqin təşkilatçıları dünən, martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətinin üzvü İ.Hüseynin dediyinə görə, polis onlara öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.

Etiraz aksiyasının «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.

Aksiyadan öncə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, o da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağrılıb. G.Aslanlı sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını, lakin bu dəfə hər hansı təzyiqlə üzləşmədiyini qeyd edib.

Gülağa Aslanlının dediyinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.

Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.