XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2018 - 11:04

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək –Məcburi köçkünlər iştirak edə bilərlər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 15-də, saat 11.00-dan Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən bildirilib ki, qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.