XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2018 - 16:18

Türk ordusu dinc sakinlərin çıxması üçün dəhliz saxlayıb –Afrin əməliyyatı

Türkiyə Silahlı Qüvvələri (SQ) dinc sakinlərin Suriyanın Afrin şəhərindən çıxması üçün dəhliz saxlayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

Məlumata əsasən, dinc sakinlərin Afrindən çıxması üçün nəzərdə tutulan bu dəhliz bir neçə gün ərzində açıq olacaq.

Qeyd edək ki, Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsini tamamilə mühasirəyə alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.