XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Mart 2018 - 16:26

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir –Açıqlama

“Azərişıq” ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

Strateq.az ASC-yə istinadən bildirir ki, bayram və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülüb. Eyni zamanda, martın 20-dən 27-dək “Azərişıq” ASC-nin Mərkəzi Aparatı və Rayon Enerji Təchizatı və Satışı idarələri üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib:

"Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək, zəruri mal-materialların ehtiyatı yaradılacaq.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq".