Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab oyunu keçirilib.
Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Bavariya" klubunu qəbul edib. Oyun Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:3 (ilk oyun – 0:5).
Qollar: T.Alkantara – 18-ci dəqiqə (0:1), G.Gönül – 46-cı dəqiqə (0:2 avtoqol), V.Lav – 59-cu dəqiqə (1:2), S.Vaqner – 84-cü dəqiqə (1:3).
Beləliklə, "Bavariya" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.