XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

15 Mart 2018 - 11:48

BMT hesabat açıqladı – Azərbaycan Cənubi Qafqazda ən xoşbəxt ölkədir NƏTİCƏLƏR

BMT 2018-ci il üçün Dünyanın Xoşbəxtlik Hesabatını açıqlayıb.

Bu hesabatda 156 ölkə “xoşbəxtliyin səviyyəsinə” və 117 ölkə buradakı mühacirlərin xoşbəxtlik dərəcəsinə görə sıralanıb. Əslində “mühacir xoşbəxtliyinin” nəzərə alınması 2018-ci il hesabatının yeniliyidir. Bu hesabatın indeksində ölkələrin sıralanmasında “Gullup” rəy sorğusu təşkilatının 2015-2017-ci illərdə apardığı sorğu və təhlillər əsas götürülüb.

Builki hesabatda ən xobbəxt ölkə titulu Finlandiyaya verilib, amma ilk onluğun tərkibi son iki ildə dəyişməyib. İndiyədək keçirilmiş xoşbəxtlik reytinqində Danimarka, İsveçrə və Norveç birinci olub. İlk onluqdakı ölkələrin göstəriciləri arasında fərqlər cüzidir. Reytinq cədvəlinin tərtibində isə əsas 6 kriteriya olduğu kimi qalıb: gəlir, ömür uzunluğu gözləntisi, sosial təminat, azadlıq, etimad və səxavət.

Azərbaycan xoşbəxtlik reytinqində 156 ölkə arasında 87-ci pilləni tutub. Azərbaycanın qonşuları – Gürcüstan 128, Ermənistan isə 129-cu yerdədir. Keçmiş sovet respublikaları arasında ən pis göstərici Ukraynaya aiddir: 138.

Qalan respublikaların göstəriciləri Azərbaycanda olduğundan yaxşıdır.

Özbəkistan 44, Rusiya 59, Qazaxıstan 60, Moldova 67, Türkmənistan 68, Belarus 73, Tacikistan 80-ci pillədə qərar tutublar. “Xoşbəxtlikdə” keçmiş sovetlərdən (Gürcüstan, Ermənistan və Ukraynadan başqa) yalnız Qırğızıstan (92) Azərbaycandan geridə qalır. İran 106, Türkiyə isə 74-cü yerdədir.

Yeni hesabata görə Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Burundi dünyanın “ən bədbəxt” ölkələri sayılırlar.