XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Mart 2018 - 11:52

Britaniyanın baş naziri Azərbaycana müraciət göndərdi:“Əməkdaşlığı daha da genişləndirəcəyik”

Bu gün “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Böyük Britaniyanın baş naziri Tereza Meyin müraciəti oxunub.

APA-nın məlumatına görə, Böyük Britaniya baş naziri müraciətində Azərbaycanı 6-cı dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdiyi üçün təbrik edib.

T. Mey qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dialoqun qurulması və fikir mübadiləsinin aparılması üçün yaxşı platformadır: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümüdür. Böyük Britaniya və Azərbaycan güclü, məhsuldar əlaqələrə malikdir. Biz ilk diplomatik əlaqələri 1992-ci ildə qurmuşuq. Biz xüsusən enerji sahəsində geniş əməkdaşlıq edirik. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirəcək. İnanıram ki, bu Forumda müzakirələr dünyada  İnklüziv cəmiyyətlərin yaradılmasına töhfə verəcək".