XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2018 - 11:03

Bakı Forumunda çıxış edən İƏT Baş katibinin halı pisləşdi –Həkimlər gəldi FOTOLAR

 

VI Qlobal Bakı Forumunda iştirak edən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Əkmələddin Ehsanoğlu bundan əvvəlki tədbirlərə qatıla bilmədiyinə görə təəssüfünü ifadə edib.

Regional problemlərdən danışan cənab Ehsanoğlu birdən çıxışını dayandırıb və özünü pis hiss etdiyinə görə nitqini davam etdirə bilməyəcəyini deyib. Musavat.com-un xəbərinə görə, o, əməkdaşların köməyi ilə iclas zalını tərk edib. Daha sonra Baş katibi müayinə etmək üçün həkim çağırılıb. Türkiyə XİN-in sabiq rəhbəri Hikmət Çətin və digər təmsilçilər Baş katibə yaxınlaşıb onun sağlıq durumu ilə yaxından maraqlanıb. Həkimlər Musavat.com-un əməkdaşına xəstənin durumu ilə bağlı bunları deyiblər: "Təzyiq, şəkər, anamiya var. Amma kritik durum keçdi".