XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

16 Mart 2018 - 11:21

Yeltsinin sabiq dövlət katibi Burbulis Bakıdadır:“Məhz bu səbəbdən Sovet İttifaqı dağıldı”

 “SSRİ dağıldıqdan sonra regionda siyasi və hərbi gərginliklər daha da artıb. Müstəqil Dövlətlər Birliyi adı altında qarşısını almağa cəhd etdik, təəssüf ki, kənar müdaxilələr buna imkan vermədi. Məsələn, ABŞ prezidentləri ata və oğul Buş bu prosesi öz qələbələri kimi qeyd etdilər”.

Bu sözləri Rusiyanın baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis VI Qlobal Bakı Forumunda bu gün keçirilən “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı paneldə çıxışı zamanı deyib.

O, SSRİ-nin soyuq müharibəyə qoşulmaqla böyük səhvə yol verdiyini bildirib: “Bu, bizim ən böyük səhvimiz idi. Məhz bu səbəbdən Sovet İttifaqı dağıldı və hazırda regionda bunun acı nəticələrini görürük”.

Burbulis qeyd edib ki, buna baxmayaraq, geriyə yol yoxdur: “Bu gün dünyada iki böyük imperial güc var: bu facebook və google-dur. Məsələ bu qədər sadədir”.