XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2018 - 14:28

FHN gücləndirilmiş rejimdə çalışacaq- Novruz bayramı günlərində

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.