XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

18 Mart 2018 - 15:50

Bakıda gimnastika üzrə dünya kuboku uğrunda yarış –Qadınlar arasında qaliblər müəyyənləşdi

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşib.

Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib.

İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub – 12.733.

Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.

Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub/Trend.