XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

18 Mart 2018 - 20:17

Azərbaycanda nə qədər QİÇS xəstəsi var? –Statistika

Azərbaycanda 5181 nəfər İİV xəstəsi olan insan var.

Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV infeksiyası aşkarlanlardan 72,2 faizi kişilərdir:

“Ötən il 74 hamilə qadında bu infeksiyası aşkarlanıb. 60-a yaxın qadın doğuş edib. Onlara hamiləlik dövründə tətbiq edilən müayinə nəticəsində körpələrdə virus aşkarlanmayıb”.

Natiq Zülfüqarov qeyd edib ki, İİV infeksiyası 25-49 yaşarası olanlarda üstünlük təşkil edir: “Bu yaşda olan insanlar 81 fazi təşkil edir. QİÇS mərhələsində olanlar isə 26,3 faizə bərabərdir”.

Teleqraf.com