XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2018 - 12:24

MSK sədri:"Namizədlərin İTV-də debatı saat 22:00-da başlayacaq"


“Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçki məntəqələrində artıq 1000 veb-kamera quraşdırılıb.

MSK sədri qeyd edib ki, səsvermə gününə bir neçə gün qalmış ölkəyə 280 beynəlxalq müşahidəçi gələcək. M.Pənahov bildirib ki, seçkilərin şəffaf keçirilib-keçirilmədiyini müşahidəçilər və mətbuat orqanları üzə çıxarır: “Seçkinin şəffaf keçirilməsi üçün siyasi iradə olmalıdır. Azərbaycanda da seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb”.