XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Mart 2018 - 15:25

Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşdü, tapşırıqlar verdi –FOTOLAR

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirliyin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Hospitalın kollektivi ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.