İranın şimalında 4,4 bal gücündə zəlzələ baş verib.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Tehran şəhərindən 180 kilometr şərqdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.