XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

20 Mart 2018 - 10:31

İran prezidenti Türkmənistana səfər edəcək –Tarix açıqlandı

İran prezidenti Həsən Ruhani martın 27-də Türkmənistana səfər edəcək.

İran mətbuatının məlumatına əsasən, Aşqabadda iki ölkə arasında əməkdaşlıq haqqında imzalanan sazişlərin həyata keçirilməsi müzakirə olunacaq.

Aşqabad və Tehran işgüzar əlaqələrin daha da fəallaşmasına kömək etmək, ikitərəfli əmtəə dövriyyəsinin həcmini artırmaq, investisiya fəaliyyətini stimullaşdırmaq niyyətlərini təsdiqləyiblər/Trend.