XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2018 - 11:36

Parisdə ictimai nəqliyyat pulsuz olacaq –Merdən açıqlama

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo 2020-ci ildə ictimai nəqliyyatdan istifadəni pulsuz etmək niyyətindədir.

 A.İdalqo bu barədə "Echo" qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, 2018-ci ilin yayına kimi bütün şəhər ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modelini öyrənmək və müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar 2020-ci ildə qabul oluna bilər.

"Echo" qəzetinin məlumatına əsasən, martın 20-si şəhər meriyasında 220 min yaşlı parisliyə pulsuz gediş biletinin verilməsi təklifi üzrə səsvermə keçiriləcək/Trend