XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

22 Mart 2018 - 12:28

Məşhur iranlı filosof Şayeqan vəfat edib –Tehran xəstəxanasında

Martın 22-də səhər saatlarında Tehranın Firuzqar xəstəxanasında müasir fəlsəfi fikrin böyük ustadı Daryuş Şayeqan vəfat edib.

Strateq.az İran KİV-lərinə istinadən xəbər verir ki, 2010-cu ildə Danimarkanın Aarhus şəhərində "Qlobal Dialoq" mükafatına layiq görülülmüş məşhur İran filosofu Daryuş Şayeqan "Mədəni şizofreniya" adlı kitabı ilə tanınıb.

83 yaşında vəfat edən Şeyeqan təxminən iki ay əvvəl, yanvar ayında insult  diaqnozu ilə Tehran xəstəxanasına yerləşdirilmişdi.

Şayeqan iranlı alimlər arasında mədəni və fəlsəfi tədqiqatlarda Qərb düşüncəsinə meyilli idi.

O, 1960-cı illərdə Parisdə Sorbonn Universitetində doktorluq elmi dərəcəsi almışdı. 2004-cü ildə Fransada "Mirage of the Land" romanına görə Fransız Yazarlar Assosiasiyasının "ADELF" mükafatını qazanmışdı.

Bir zamanlar hind dinləri və sanskrit dilinə yönəlmiş fəlsəfə professoru kimi çalışıb.

2016-cı ildə Şayeqən özü barədə belə demişdi: "Mən filosof deyiləm, mən azad düşünənəm".