Fələstinin Baş naziri Rami Həmdallaha Qəzza bölgəsində sui-qəsd təşkil edən iki nəfərə qarşı əməliyyat keçirilib və onlar öldürülüb.
Bu haqda Həmas Hərəkatı məlumat yayıb.
Qeyd edək ki, Fələstinin Baş naziri Rami Həmdallah Qəzza bölgəsinə səfəri zamanı sui-qəsdlə qarşılaşıb. Nazirin kortecinə daxil olan maşınlardan biri partladılıb. Həmdalla özü xəsarət almasa da, onun altı mühafizəçisi yaralanmışdı/Teleqraf.com.