XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Mart 2018 - 12:37

Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” klubunatransfer olub

İsveçli futbolçu Zlatan İbrahimoviç ABŞ-ın “Los-Anceles Qelaksi” klubuna transfer olub.

Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, klub ilə 2019-cu ilin sonunadək müqavilə imzalayan 36 yaşlı hücumçu MLS liqasında ildə 1,5 milyon dollar qazanacaq. İbrahimoviç yeni klubunda martın 31-də debüt edəcək.

O, “Mançester Yunayted”in heyətində zədə səbəbindən ötən mövsümün sonlarında meydana çıxa bilməyib. Cari mövsümdə isə yeddi oyun keçirib və bir dəfə fərqlənib.

Xatırladaq ki, Z.İbrahimoviç 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinib. Komandanın heyətində keçirdiyi 53 oyunda 29 qol vurub. Klub ilə birlikdə 2016-cı ildə İngiltərə Super Kubokunun qalibi, 2016-2017-cı il mövsümündə isə Avropa Liqası və İngiltərə çempionatının qalibi olub.