XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Mart 2018 - 19:45

Allahyar Abışov agır atletika üzrəAzərbaycan çempionu olub

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir.

Trend-in məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çəkisi 62 kq-a qədər olan kişi ağır atletlərin mübarizəsi maraqlı alınıb. Fəxri kürsünün ən yüksək pilləsinə toplam 245 kq (110+135) nəticə göstərən Allahyar Abışov yüksəlib. İkinci yerdə toplam 241 kq (105+136) nəticə ilə Ruslan Rzazadə, üçüncü yerdə isə toplam 240 kq (108+132) nəticə ilə Elməddin Hüseynov qərarlaşıb.

Qalibləri təbrik edirik!

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.