XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Mart 2018 - 12:38

Sabah hava necə olacaq?- Proqnoz

Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcək.