XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2018 - 09:32

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Başsağlığında deyilir: "Kemerovo şəhərinin ticarət mərkəzində çoxsaylı insan tələfatına səbəb olmuş yanğın barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".