XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

27 Mart 2018 - 08:29

Putin 64 nəfərin öldüyü Kemerovo şəhərinə gedib –Prezident faciə yerini ziyarət edəcək

Rusiya prezidenti Vladimir Putin Kemerovo şəhərinə səfər edib.

TASS-ın verdiyi xəbərə görə, dövlət başçısı faciə baş verən yeri ziyarət edəcək, həmçinin region və müvafiq qurum rəhbərlərinin məruzəsini dinləyəcək.

Son məlumata əsasən, martın 25-də Kemerovoda ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər ölüb, 60 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır/APA.