XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2018 - 13:04

Azərbaycanda yeni medal təsis olunur –Layihə parlamentdədir

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunur.

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilir.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif ediləcəklər.

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq/Report